ELM VƏ TƏHSİL


Müsabiqənin ikinci mərhələsinin vaxtı açıqlanıb

Bakı, 31 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin ikinci (test imtahanı) mərhələsi noyabrın 3-dən 5-dək keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olunmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən 700-dən artıq şəxsin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-dək müraciətə imtina cavabı verilib.

Birinci mərhələnin yekunu barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrələri ilə əlaqə saxlamaq olar.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkarlanarsa, namizədlərin nəticələri ləğv ediləcək.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.