İQTİSADİYYAT


Müsabiqəyə qatıl, 10 min manat qazan

Bakı, 1 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən təşkil olunan və “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

“AZCLOUD Hackathon 2019” müsabiqəsi üzrə qalib komanda 10 min AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat iyulun 1-dən başlayacaq və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunacaq. “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırmalıdır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimal olaraq isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulmalıdır. Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirməlidir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat veriləcək. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyəcəklər və sonda komanda öz işlərini izahlı təqdimat şəklində təqdim edəcək.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 min 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi üçün hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaq.

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Layihəyə dəstək olmaq üçün və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələrdə bizi izləyib yerləşdirilən məlumatları paylaşa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.