MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Tariximizin qəhrəmanlıq səhifəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış edib.

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Elşən Məmmədov (vokal), Azərbaycan Milli Konservatoriyasının tələbələri, respublika və beynəlxalq müsabiqə laureatları Hüseyn Nağıyev (kamança), Cəmalə Abdinzadə (f-no) və beynəlxalq müsabiqə laureatı Əli Vahidov (f-no) tərəfindən “20 Yanvar Şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı təqdim edilib. Bütün çıxışlar 20 Yanvar hadisələrini əks etdirən kadrlar və videoçarxla müşayiət olunub.

Tədbir bəstəkar Rauf Əliyevin Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi “Azadlığa gedən yollar” adlı böyük simfonik orkestr və qarışıq xor üçün odasının videoyazısının nümayişi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.