MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində görüş keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış pianoçu, Əməkdar artist Rəna Rzayeva ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Əməkdar artistin sənət və fəaliyyəti haqqında danışıb.

Sonra muzey nəşrlərindən bəzilərini Rəna Rzayevaya hədiyyə edib.

Tədbir çərçivəsində Rəna Rzayevanın arfa ifaçısı, Əməkdar artist Çiçək Rzayevanın xatirəsinə həsr olunmuş diskinin təqdimatı keçirilib.

Disk bu yaxınlarda Avstriyanın paytaxtı Vyana şəhərində işıq üzü görüb. Diskdə yazılmış əsərlərin arasında bəstəkar Rəhilə Həsənovanın İkinci Qarabağ müharibəsindəki Qələbəmizə həsr olunmuş “Payız palitrası” əsəri də yer alıb. Diskin təqdimatının məhz “Şuşa İli”ndə keçirilməsi təsadüfi deyil. Diskə əlavə olunmuş bukletdə Rəna Rzayevanın Qarabağ mövzusuna həsr etdiyi rəsmlər təqdim edilib.

Musiqişünas alim, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Rəna Rzayevanın yaradıcılığı və təqdim olunan disk haqqında ətraflı danışıb. Daha sonra Rəna xanım Rzayeva diskdə yazılmış əsərlərdən ibarət konsert proqramı ilə çıxış edib.

Rəna Rzayeva ilə görüş Azərbaycan Respublikasında “Şuşa İli” və “Maestro Niyazi-110” tədbirləri çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.