MƏDƏNİYYƏT


Musiqi məktəbi “Nizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx təqdim edib

Bakı, 15 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi “Nizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə hesablarında paylaşılıb.

Videoçarxda Nizaminin ömür yolu və yaradıcılığı haqqında məlumatlar yer alıb. Qeyd edilir ki, XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.