MƏDƏNİYYƏT


Musiqi məktəbi görkəmli bəstəkar Səid Rüstəmov haqqında videoçarx hazırlayıb

Bakı, 14 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun həyat və yaradıcılığı haqqında videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda məktəbin müəllimi Cəvahir Əliyeva bəstəkarın Azərbaycan musiqi irsinin inkişafına töhfələrindən bəhs edib. O, dahi Üzeyir bəyin layiqli davamçılarından olan Səid Rüstəmovun xalq musiqi ənənələrinin yaşadılması və xalq çalğı alətləri orkestrinin təşəkkülündə xidmətlərini, eyni zamanda bir pedaqoq kimi fəaliyyətini vurğulayıb.

Məktəbin sosial media hesabları vasitəsilə paylaşılan videoçarx Səid Rüstəmovun əsərlərindən parçalar və görkəmli bəstəkarın çıxışı ilə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.