MƏDƏNİYYƏT


Musiqi məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 28 nömrəli uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “20 Yanvar- unutmadıq” adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Musiqi məktəbinin müəllimi Məryəm Nəcəfova tədbirdə 20 Yanvar hadisələri haqqında iştirakçılara məlumat verib. Bildirib ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı terror aktı törədilib. O, faciədən 30 il keçməsinə baxmayaraq, həmin gün yaşanan hadisələrin xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu bildirib.

Qeyd edib ki, 20 Yanvar tarixi yalnız faciə deyil, həm şərəf, həm də ləyaqət səhifəsidir.

Sonda “20 Yanvar” faciəsinə həsr olunmuş film təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.