MƏDƏNİYYƏT


Musiqi məktəbində nəzəriyyə olimpiadası təşkil olunub

Bakı, 7 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində III nəzəriyyə olimpiadası keçirilib.

AZƏRTAC xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş məktəbdaxili olimpiadada 5 komanda həm şifahi, həm də musiqi materialı əsasında biliklərini sınayıb.

Tədbir zamanı xalq çalğı alətləri orkestri, “Cırtdan” xoru, skripkaçalanlar ansamblı və müxtəlif alətlərdə şagirdlər çıxış ediblər.

Tədbirdə Şaxta baba və Qar qız tərəfindən olimpiada iştirakçılarına hədiyyələr, qalib komandaya kubok və fəxri fərman, komandaların rəhbərlərinə isə təşəkkürnamələr təqdim olunub.

Sonda məktəbin direktoru Məhin Orucova çıxış edərək olimpiadanın təşkilinə görə müəllimlərə təşəkkürünü bildirib və şagirdlərə yeni uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.