MƏDƏNİYYƏT


Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə qalib olub

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin III sinif şagirdi Aydan Hüseynova “İnternational Vision Evro Arts Competitions” çərçivəsində Fransanın Paris şəhərində keçirilən "İnternational Folklore Competition in Paris" beynəlxalq müsabiqəsində iştirak edərək uğur qazanıb.

AZƏRTAC xəbər verir ki, gənc istedad Aydan Hüseynova müsabiqədə P.İ.Çaykovskinin əsərini məharətlə ifa edərək birinci yerə layiq görülərək, diplomla mükafatlandırılıb. Həmçinin münsiflər heyəti musiqi estetik dünyagörüşünün inkişafında əməyinə görə bu şagirdin müəlliminin xidmətlərini yüksək qiymətləndirərək diplomla təltif ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.