MƏDƏNİYYƏT
Musiqi məktəbinin şagirdləri Türkiyədə müsabiqənin laureatı olublar
Bakı, 14 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə X sinif şagirdləri Səbinə Eldarlı və Nigar Kərimova və XI sinif şagirdi Gülnaz Eldarlı Türkiyənin İzmir şəhərində keçirilən Motsart Akademi adlı gənc pianoçuların III beynəlxalq festival və müsabiqəsində iştirak ediblər.
Məktəbdən AZƏRTAC-a bildirilib ki, iki turdan ibarət müsabiqənin nəticəsinə görə Gülnaz Eldarlı birinci, Səbinə Eldarlı isə ikinci yeri qazanıb. Nigar Kərimova isə diploma layiq görülüb. Onların müəllimi professor Siala Sinamdzqvarişvilidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]