MƏDƏNİYYƏT
Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri "First İnternational Musical Virtual Festival Competition İsrael Gates of Hope" beynəlxalq müsabiqəsində iştirak edərək uğur qazanıblar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq müsabiqələr laureatları, IV sinif şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov İsrail, Avstraliya, Amerika, Rusiya, Ukrayna gənc ifaçılarının qatıldığı müsabiqədə fortepiano dueti nominasiyasında 14-16 yaş qrupu arasında çıxış ediblər.
Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və 1-ci yerə layiq görülüb.
Müsabiqənin münsiflər heyətində məşhur musiqiçilər təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
- 28.03.2024 [10:55]
“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
- 28.03.2024 [10:50]
Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək
- 28.03.2024 [01:40]