MƏDƏNİYYƏT


Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri onlayn müsabiqələrdə uğur qazanmaqda davam edir. Dünyada, eləcə də ölkəmizdə sosial izolyasiya tədbirləri və müəssisələrin məsafədən fəaliyyəti çərçivəsində, musiqi elminin virtual platformalarda təbliği və inkişafı ilə əlaqədar beynəlxalq müsabiqələr keçirilir. Müasir cəmiyyətdə müşahidə olunan bəzi tendensiyaları nəzərə alaraq deyə bilərik ki, gənclərin estetik zövqü, dünyagörüşü aktual sosial-mədəni təzahürlərdir. Uşaq və yeniyetmələrin estetik tərbiyəsinin inkişafı kontekstində ən önəmli təsisatlardan biri məhz uşaq musiqi və incəsənət məktəbləridir.

İdarədən AZƏRTAC-a bildirilib ki, pandemiya dövründə Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri də onlayn beynəlxalq müsabiqələrdə mütəmadi olaraq iştirak edərək yüksək nəticələr əldə ediblər.

Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Astana Folk Music” I Beynəlxalq vokal-instrumental müsabiqədə məktəbin xalq-çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə şagirdi Zərintac Qurbanzadə 14-16 yaş kateqoriyasında çıxış edərək diploma layiq görülüb, müəlliməsi Ulduz Məmmədovaya isə təşəkkürnamə məktubu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.