MƏDƏNİYYƏT
Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüblər
Bakı, 17 mart, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "Astana Grand Festival" VIII Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib.
Onlayn şəkildə təşkil olunmuş müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurla iştirak edərək yüksək nəticə göstəriblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin violin sinfinin şagirdi İsmayıl Xəlilli (müəllim Mahirə Tabıyeva) və fortepiano sinfinin şagirdi Məlahət İbrahimli (müəllim Səadət Manafova) müsabiqənin Qran-Pri mükafatına, Nərmin Kərimli (müəllim Səadət Manafova) isə I yerə layiq görülüb.