MƏDƏNİYYƏT
Musiqi məktəbinin şagirdləri fəxri fərmanlarla təltif ediliblər
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri ilə görüşüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilən görüşdə V.Zeynalov M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmalarının 95 illiyinə həsr olunmuş konsertdə məktəbin şagirdlərinin uğurlu çıxışlarını xüsusi qeyd edib. V.Zeynalov məktəbin şagirdlərini fəxri fərmanlar təqdim edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.