MƏDƏNİYYƏT


Musiqi məktəblərinin tələbə adını qazanan məzunları ilə görüş təşkil olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən uşaq musiqi məktəblərini 2020/2021-ci tədris ilində bitirmiş və ölkənin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olunmuş məzunları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə idarənin rəisi Elbəy Əli məzunları təbrik edib, tələbəlik həyatında, eləcə də mədəniyyətimizin təbliği və tərənnümü yolunda uğurlar arzulayıb. O, qədim və köklü ənənələrə malik, zəngin milli musiqimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, ölkəmizdə mədəniyyətə, incəsənətə dövlət tərəfindən göstərilən diqqət və qayğı bəhs edib.

Tədbirdə uşaq musiqi məktəblərinin direktorları çıxış edərək tələbə adı qazanmış məzunlara təbriklərini çatdırıblar.

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərini bu il bitirərək tələbə adını qazanan məzunlarla da görüş təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək məzunlara xoş diləklərini çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərir. Gənclərimiz də yaradılan şəraitdən lazımınca istifadə etməli, uğurlara doğru getməlidirlər.

Uşaq musiqi məktəblərinin direktorları çıxışlarında tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbirdə iştirak edən məzunlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə şəhər və rayon komitələrinin hədiyyələri təqdim olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.