MƏDƏNİYYƏT


Musiqiçilər #evdəqalmusiqisizqalma çağırışına qoşulublar

Bakı, 6 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tar müəllimi Bəhram Əliyev və xanımı, həmin məktəbin fortepiano müəllimi Xatirə Əliyeva #evdəqalmusiqisizqalma çağırışına qoşularaq gözəl musiqi ifa ediblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, musiqiçilər ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına qarşı görülən tədbirlərlə əlaqədar, əhaliyə evdə qalıb nikbin əhval-ruhiyyəni qorumağı tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.