MƏDƏNİYYƏT
Musiqili Teatr IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək.
AZƏRTAC teatrın may repertuarını təqdim edir.
5 may - O.Kazımi, R.Heydər. “Qızıl toy”;
6 may - R.Şəfəq, V.Zimin. “Yağış göbələyinin macəraları” (rus dilində), Ü.Hacıbəyli. “O olmasın, bu olsun”;
7 may - Ş.Perro. “Yatmış gözəl və cırtdanlar”, Elçin. “Baladadaşın toy hamamı”;
9 may - Ə.Haqverdiyev. “Kimdir müqəssir?”;
10 may - İ.Əfəndiyev (Q. Qarayevin musiqiləri əsasında) “Mənim günahım”;
11 may - M.Kamoletti. “Fransızsayağı qarnir”;
12 may - Ü.Hacıbəyli. “Arşın mal alan”;
13 may - O.Zülfüqarov, R.Heydər. “Dəcəl çəpişlər”, R.Hacıyev. “Talelər qovuşanda”;
14 may - R.Ağayeva, A.Xayt, A.Kurlyanski. “Bir dayan, canavar!” (rus dilində), Ü.Hacıbəyli. “Ər və arvad”;
16 may - F.Əmirovun musiqiləri əsasında. “999-cu gecə”;
17 may - Ü.Hacıbəyli. “Arşın mal alan”;
19 may - İ.Kalman. “Silva”(rus dilində);
20 may - Ə.Səmədli. “Meşə çaqqalsız olmaz”, O.Kazımi, R.Heydər. “Qızıl toy”;
21 may - H.K.Andersen. “Düyməcik”, Ü.Hacıbəyli. “O olmasın, bu olsun”;
26 may - R.Hacıyev. “Qafqazlı qardaşqızı” (rus dilində);
27 may - V.Ulanovski, V.Orlov. “Qızıl cücə” (rus dilində), Ə.Səmədli. “Toya bir gün qalmış”;
28 may - E.Sabitoğlu, Y.Şvarts. “Qırmızı papaq”, R.Mirişli, M.Haqverdiyev. “Amerikalı kürəkən”;
30 may - İ.Əfəndiyev (Q. Qarayevin musiqiləri əsasında) “Mənim günahım”.
Qeyd edək ki, böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.