MƏDƏNİYYƏT


Musiqili Teatr bu ay da rusdilli tamaşaçılarını unutmayıb

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi bu ayda rusdilli tamaşaçılarını unutmayıb.

AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında xüsusi yer tutan “Düyməcik” və “Yağış göbələyinin macərası” tamaşaları rusdilli izləyicilər üçün təqdim ediləcək. Belə ki, teatrsevərlər yanvarın 25-26-da “Düyməcik”, yanvarın 29-da isə “Yağış göbələyinin macərası”na baxa biləcək.

Qeyd edək ki, “Düyməcik” yanvarın 26-sı iki dəfə, saat 12.00 və 14.00-da azyaşlı tamaşaçıların ixtiyarına veriləcək. Hər iki səhnə əsərində sənət ocağının tanınmış və sevilən aktyorları tamaşaçıların görüşünə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.