MƏDƏNİYYƏT


Musiqili Teatr həftəsonu dəvət edir...

Bakı, 14 mart. AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatr martın 15-də saat 19:00-da “Bir dəfə Bağdadda”, 16-da saat 14:00-da “O olmasın, bu olsun”, həmin gün saat 19:00-da “Qodonun intizarında”, 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” tamaşaları göstəriləcək.

Balaca teatr həvəskarları martın 17-də saat 12:00-da “Yatmış gözəl və cırtdanlar” musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, “Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Tamaşalarda sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova və başqaları ifa edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.