MƏDƏNİYYƏT
Musiqili Teatr rusdilli tamaşaçılar üçün iki səhnə əsəri hazırlayır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi, bu ay da rusdilli tamaşaçılarını unutmayıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı rusdilli tamaşaçıları üçün iki səhnə əsəri hazırlayıb. Belə ki, yaradıcı kollektiv “Bir dəfə Bağdadda” adlı ilk səhnə əsərini oktyabrın 12-də, saat 19.00-da tamaşaçılarının ixtiyarına verəcək.
Növbəti “Qızıl cücə” adlı səhnə əsəri isə oktyabrın 14-də, saat 12.00-da təqdim olunacaq. Hər iki tamaşaya böyüklərlə yanaşı, balaca rusdilli tamaşaçılar da baxa bilər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]