MƏDƏNİYYƏT


Musiqili Teatrda Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert olub

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyi çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə reallaşıb.

Konsertdə akademiyanın tələbələri tərəfindən F.Bədəlbəylinin “Dəniz”, A.Adanın “Jizel” baletindən variasiya, P.İ.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən fraqmentlər göstərilib.

Musiqili gecədə, həmçinin milli rəqslərə də geniş yer verilib. “Yaylıq”, Q.Qarayevin “7 gözəl” baletindən Şərq rəqsi, Ü.Hacıbəylinin “Koroğlu” operasından rəqslər tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.