MƏDƏNİYYƏT


Musiqili Teatrda həftəsonu beş tamaşa göstəriləcək

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək. AZƏRTAC xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, dördü isə Azərbaycan dilində olmaqla beş səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər martın 8-də “Toya bir gün qalmış” martın 9-da “Buratino” və “Molla Nəsrəddinin beş arvadı” tamaşalarına baxa biləcəklər.

Martın 10-da isə “Buratino” və “Ər və arvad” tamaşaları təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.