MƏDƏNİYYƏT


Musiqili Teatrda həftəsonu dörd tamaşa göstəriləcək

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

AZƏRTAC xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, üçü isə Azərbaycan dilində olmaqla dörd səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər aprelin 19-da “Qızıl cücə” (rus dilində) və “Toya bir gün qalmış”, 20-də isə “Qırmızı papaq” və “Amerikalı kürəkən” tamaşalarına baxa biləcəklər.

Aprelin 21-də isə “Qızıl cücə” (rus dilində) tamaşası təkrar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.