MƏDƏNİYYƏT


Musiqili Teatrda həftəsonu üç tamaşa göstəriləcək

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində üç səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər aprelin 26-da “Kimdir müqəssir?”, 27-də isə “Arşın mal alan” tamaşalarına baxa biləcəklər.

Aprelin 28-də “O olmasın, bu olsun” tamaşası təqdim olunacaq.

Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.