MƏDƏNİYYƏT


Musiqili Teatrda üç yeni tamaşanın qızğın məşqləri gedir

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı kollektivi bu il də ənənəyə sadiq olmaqla teatrsevərlər üçün bir neçə yeni tamaşa hazırlayır. Belə ki, sənət ocağında ilin ilk premyerası “Balaca şahzadə” adlı səhnə əsəri olacaq.

Bundan başqa, yaradıcı heyət iki yeni səhnə əsərinin - “Çarəsiz sərnişinlər” və “Buratino”nun məşqlərini davam etdirir. Səhnə əsərlərinin premyeralarının tarixi yaxın vaxtlarda teatrın mətbuat xidməti tərəfindən açıqlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.