MƏDƏNİYYƏT


Musiqili Teatrda ustad dərsləri keçirilir

Bakı, 22 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirovun rəhbərliyi ilə səhnə hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə başlanılıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən teatr peşələri üzrə mütəmadi olaraq, təlim və təcrübə mübadiləsi, ixtisasartırma, xaricdə təhsil imkanları yaradaraq, kadr potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər silsiləsindən olan ustad dərsləri sentyabrın 24-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə ölkənin ayrı-ayrı teatrlarından gənc aktyorlar, xoreoqraflar, eləcə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllim və tələbələri də iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.