MƏDƏNİYYƏT


Musiqili Teatrın həftəsonu afişası maraqlıdır

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Sənət ocağının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də “Molla Nəsrəddinin beş arvadı”, 9-da “Baladadaşın toy hamamı” səhnə əsərləri teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatrsevərlərə dekabrın 8-də saat 12:00-da və 14:00-da ana dilimizdə “Dəcəl çəpişlər”, 7-9-da saat 12-də isə “Yağış göbələyinin macərası” və “Qızıl cücə” musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.

Səhnə əsərlərində Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları iştirak edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.