MƏDƏNİYYƏT


Musiqili Teatrın həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 6 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrda fevralın 15-də “Qafqazlı qardaşqızı”, 16-da “Molla Nəsrəddinin beş arvadı” və 17-də “Baladadaşın toy hamamı” tamaşaları nümayiş olunacaq.

Balaca teatr həvəskarları fevralın 15-də “Bremen musiqiçiləri və Pen”, fevralın 16-da “Düyməcik” və 17-də isə “Meşə çaqqalsız olmaz” tamaşalarına baxa biləcəklər.

Qeyd edək ki, “Qafqazlı qardaşqızı” və “Düyməcik” səhnə əsərləri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Əməkdar artistlər Əzizağa Əzizov, Boris Qrafkin, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Nadir Xasıyev, Gülcahan Salamova, Firus Məmmədov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva və başqaları çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.