MƏDƏNİYYƏT


Müslüm İmranlı: Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi

İsmayıllı, 13 avqust, AZƏRTAC

Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Müslüm İmranlı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mediatur zamanı deyib.

O qeyd edib ki, qoruğun keçmiş binası köhnə və qəzalı şəraitdə olduğuna görə sökülüb və yeni tikili üçün Bazar meydanı seçilib: “Yeni tikili yeniliyi ilə yanaşı, həm də ətraf mühitə uyğun olmalı idi. Bunun üçün biz tikilinin divarını yerli daşdan, damını isə burada istifadə olunan metal lövhələrdən layihələndirdik. Tikilinin aşağı hissəsi turizm məlumat mərkəzi və sanitar qovşaq kimi, yuxarı hissəsi isə qoruq işçiləri üçün inzibati otaqlar üçün nəzərdə tutulub. İnzibati otaqlara direktor otağı, iclas otağı, ümumi iş otağı, mətbəx guşəsi, server və anbar otağı daxildir. Ümumilikdə tikilinin əsas istinadı kimi tarixi Yuxarı Şirvan-Lahıc-Basqal memarlığı üslubu götürülüb. Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.