REGİONLAR


Müslüm Yılmaz Taner: Naxçıvan şəhəri Azərbaycanın ən qədim və ən müasir şəhərlərindən biridir

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan şəhəri Azərbaycanın ən qədim və ən müasir şəhərlərindən biridir. Biz bu gözəl şəhərdə olduq, muxtar respublikanın tarixi abidələri, gəzməli-görməli yerlərinə baş çəkdik. Bu səfər bizdə xoş təəssüratlar yaratdı.

Bunu AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında mühasiblərin və auditorların VII Avrasiya forumunun Türkiyədən olan təmsilçisi Müslüm Yılmaz Taner deyib.

O bildirib ki, forumda doqquz ölkənin nümayəndələrinin iştirak etməsi Azərbaycanın dünya ölkələri ilə apardığı genişmiqyaslı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

Müslüm Yılmaz Taner deyib: “Xalqlarımızın, ölkələrimizin sıx münasibətləri, bağlılığı dövlət başçılarımızın çıxışlarında hər zaman vurğulanıb. Bu mənada Azərbaycanda əldə edilən hər bir nailiyyət bizi sevindirir. İnanırıq ki, qədim tarixi və mədəniyyət nümunələri ilə zəngin olan Naxçıvan diyarı neçə-neçə uğurlu tədbirlərə, indi olduğu kimi bir çox taleyüklü təşəbbüslərə imza atacaq. Belə gözəl tədbirin təşkilinə görə bütün dərin minnətdarlığımı bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.