DÜNYA


Musson yağışları səbəbindən İndoneziya paytaxtını su basıb VİDEO

Bakı, 20 fevral, AZƏRTAC

İndoneziyanın 10 milyona yaxın əhalisi olan paytaxtı Cakarta musson yağışları səbəbindən daşqına məruz qalıb.

AZƏRTAC İndoneziya telekanallarına istinadla xəbər verir ki, xilasedicilər suyun səviyyəsinin 1,8 metrə yüksəldiyi cənub və şərq rayonlarından 1,3 mindən çox insanı təxliyə ediblər. Şəhərdə iyirmiyədək təxliyə mərkəzi yaradılıb. Təbii fəlakətin qurbanları barədə məlumat verilmir.

Sinoptiklərin proqnozlarına əsasən, bu mövsüm paytaxt regionunda ən şiddətli yağış yaxın günlərdə yağa bilər. Növbəti həftə orada leysan və güclü külək gözlənilir. Yağışlar mövsümünün fevralın sonu və ya martın əvvəlinədək davam edəcəyi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.