MƏDƏNİYYƏT


Mustafa İsen: Türkiyədə Nəsiminin yaradıcılığı ilə bağlı konfransların keçirilməsi böyük əhəmiyyət daşıyır

Ankara, 7 mart, AZƏRTAC

İmadəddin Nəsimi yaradıcılığı qüdrətli olan şairlərdəndir. Türkiyədə Nəsiminin həyat və yaradıcılığı ilə bağlı konfransların keçirilməsi böyük əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen ifadə edib. Türkiyədə hər zaman Azərbaycan ədəbiyyatına ehtiyac olduğunu diqqətə çəkən alim maraqlı xatirələr danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev xalqımızın səmimi dostu İhsan Doğramacının xahişi ilə 1994-cü ildə Məhəmməd Füzulinin həyat və fəaliyyəti ilə bağlı Ankarada təşkil olunan bir konfransın möhtəşəm keçirilməsinə əhəmiyyətli töhfə verib. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasını ölkəmizdə tarixi şəxsiyyətlərə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirən Mustafa İsen deyib ki, Nəsimi yaradıcılığı dünya ədəbiyyatında ən parlaq yerlərdən birini tutur.

Professor vurğulayıb ki, “Nəsimi ili” çərçivəsində görülən işlər dahi Azərbaycan şairinin yaradıcılığının və şəxsiyyətinin böyüklüyünün daha uca zirvələrdən görünməsinə səbəb olacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.