DÜNYA
Mustafa Kamal Atatürkün xatirəsi Tbilisidə anılıb
Tbilisi, 10 noyabr, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə də ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, onun vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gürcüstandakı səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və diplomatik nümayəndəliyin əməkdaşları çıxış edib, M.K.Atatürkün həyat və fəaliyyəti, Türkiyənin dünyadan artan nüfuzu və qüdrəti barədə məlumat veriblər.
Qeyd edək ki, qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]