İDMAN
Mustafa Kaya: Azərbaycanlı azarkeşlərin bizə dəstəyi çox böyük idi

Bakı, 18 iyun, AZƏRTAC
Bütün yarış boyu azərbaycanlı azarkeşlərin bizə dəstəyi çox böyük idi. Mənimlə eyni çəkidə Toğrul Əsgərov da yarışırdı. Azarkeşlər fərq qoymadan ikimizi də dəstəklədi. Buna görə onlara çox minnətdaram. Mən aramızdakı bu sevginin və qardaşlığın həmişə davam etməsini diləyirəm.
Bu sözləri ilk Avropa Oyunlarının sərbəst güləş üzrə bürünc medalçısı Mustafa Kaya AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Türkiyəli idmançı ilk Avropa Oyunlarının möhtəşəm şəkildə təşkil olunduğunu və Bakıdakı idman arenalarının ən müasir tələblərə cavab verdiyini qeyd edib.
Yarışlara hazırlaşdığına görə vaxtının çox hissəsini atletlər kəndində keçirdiyini bildirən güləşçi, asudə vaxtında dostları ilə paytaxtımızı gəzəcəyini vurğulayıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]