MƏDƏNİYYƏT


Mustafa Mehmandarov: Məqsədimiz türkdilli ölkələrin musiqisini beynəlxalq səviyyədə təbliğ etməkdir

Paris, 29 noyabr, AZƏRTAC 

TÜRKSOY Kamera Orkestri 2010-cu ildə yaradılıb. Bu orkestrdə 3 il skripkaçı kimi fəaliyyət göstərmişəm. 2016-cı ildən baş qonaq-dirijor kimi Kamera Orkestrini idarə edirəm. Bu ilk Avropa turnemizdir. Birinci konsertimiz Ankarada olub. İndi isə UNESCO kimi nüfuzlu təşkilatın baş qərargahında çıxış edirik.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş qərargahında 25 illik yubileyini qeyd edən TÜRKSOY-un Kamera Orkestrinin baş qonaq –dirijoru Mustafa Mehmandarov deyib.

O qeyd edib ki, növbəti konsert Vyanada, sonra isə Bratislavada olacaq.

“Kamera Orkestri təşkilatın baş katibi D. Kaseinovun təşəbbüsü ilə yaradılıb. O, özü də musiqiçidir. Orkestrin yaradılmasının əsas məqsədi türkdilli ölkələrin musiqisini, bəstəkarlarını beynəlxalq səviyyədə təşviq etməkdir. Konsertdən sonra tamaşaçılarla görüşdük. Onlar konsertdən çox məmnun idilər. Musiqimizi çox sevmələri bizi sevindirir”, - deyə M. Mehmandarov bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.