SİYASƏT
Mustafa Quluzadə: Humanitar Forumda çox məhsuldar müzakirələr aparıldı
Bu sözləri İranın “Dəniz Nyus” saytının və “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Şəkidə AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
M.Quluzadə Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda aktual mövzuların müzakirə olunduğunu, özünün də “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa” da iştirak etdiyini söyləyib. O, AZƏRTAC-ın təşkilatçılığı ilə keçən həmin “dəyirmi masa”da informasiya cəmiyyətinin bir sıra aktual problemləri ilə bağlı olduqca səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
M.Quluzadə “Dəniz Nyus” saytının və “Dəniz” qəzetinin AZƏRTAC-ın informasiyalarından çox faydalandığını vurğulayıb.
Azərbaycana dəfələrlə səfər etdiyini, Şəkidə isə ilk dəfə olduğunu deyən qonaq buradakı tarixi abidələrin insanı neçə yüzilliklər əvvələ apardığını bildirib.