SİYASƏT
Mustafa Şentop: Bakıya Azərbaycanın Dövlət Müstəqilliyi Günündə səfər etməkdən çox məmnunam
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakıya məhz bu gün – oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə səfər etməkdən çox məmnunam.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop deyib.
Mustafa Şentop Dövlət Müstəqilliyi Günü münasibətilə qardaş Azərbaycan xalqını təbrik edib.
TBMM-in Sədri Bakıya geniş tərkibdə nümayəndə heyəti ilə gəldiyini diqqətə çatdırıb.
Türkiyənin haqlı mübarizəsində Azərbaycanı dəstəklədiyini vurğulayan Mustafa Şentop ölkələrimiz arasında “bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərin bənzəri olmadığını deyib. O, Türkiyə xalqının müstəqil Azərbaycan Respublikasının bayrağının ölkənin bütün torpaqlarında dalğalanması üçün dua etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]