SİYASƏT


Mustafa Şentop: Cəbhədə Azərbaycan Ordusundan ardına belə baxmadan qorxub qaçan ermənilər ancaq mülki insanları hədəf alırlar

Bakı, 20 oktyabr, AZƏRTAC 

Ermənistan ordusu Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həlli yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər davam etdirə bilməyəcəklər. Ermənistan da bilməlidir ki, böyük qardaşları ona sona qədər dəstək olmayacaq. Sonda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop oktyabrın 20-də Milli Məclisin iclasındakı çıxışında bildirib.

TBMM-in Sədri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludurlar. Ermənistan BMT-nin qərarlarına məhəl qoymadı. ATƏT-in Minsk qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi.

Mustafa Şentop deyib ki, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan Ordusundan ardına belə baxmadan qorxub qaçan ermənilər ancaq mülki insanları hədəf alırlar. Bütün dünyadan soruşuram. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.