SİYASƏT


Mustafa Şentop: İqtisadi və sosial inkişafın davamlı olması üçün iqtisadi inteqrasiya və əməkdaşlıq çox vacibdir

Bakı, 17 may, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı çərçivəsində dost, qardaş Azərbaycanda olmaqdan şərəf duyuram. İqtisadi və sosial inkişafın davamlı olması üçün iqtisadi inteqrasiya və əməkdaşlıq çox vacibdir. Türkiyə bu sahədə əməkdaşlıq üçün hər zaman töhfə verməyə hazırdır. Parlament diplomatiyasının regional inteqrasiya və inkişafa töhfə verəcəyinə inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, koronavirus dünyada dərin sosial, iqtisadi və digər problemlərin yaranmasına səbəb olub. Bir çox insanın gəlir mənbəyi üçün təhdid yaranıb və bu, davam etməkdədir. Pandemiyanın yaratdığı problemləri həll etmək üçün də birgə hərəkət etməliyik. Türkiyə bu istiqamətdə çoxtərəflilik prinsipini dəstəkləyir. Pandemiya dövründə Türkiyə 160 ölkəyə yardım göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.