SİYASƏT


Mustafa Şentop: Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar

Bakı, 17 oktyabr, AZƏRTAC

Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop rəsmi Tvitter hesabında yazıb.

O bildirib: “Quldur Ermənistan dövlətinin Gəncə və Mingəçevir şəhərlərinə endirdiyi raket atəşlərində yenə dinc sakinlər hədəfə alındı. Hələ də, bu müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayət ortağı kimi ittiham olunacaqlarını bilməlidirlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.