İQTİSADİYYAT


Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 6 aylıq fəaliyyət hesabatını açıqlayıb

Bakı, 1 iyul, AZƏRTAC

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan 6 aylıq fəaliyyətinə dair hesabat təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mətbuat nümayəndələrini salamlayan MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli Dərnək barədə qısa məlumat verib.

Rəşad Cabirli bildirib ki, MÜSİAD Azərbaycan 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb və hazırda müxtəlif sahələrdən olan 60 üzvü ilə 4 min nəfərə iş imkanı verir. Üzvlərdən 35-i Azərbaycan vətəndaşlarıdır.

Daha sonra 6 aylıq fəaliyyət barədə məlumat verən R.Cabirli vurğulayıb ki, pandemiya qaydalarına baxmayaraq, IBF (İnternational Business Forum)-MÜSİAD-KOBİA-nın təşkilatçılığı ilə Bakıda 33 müxtəlif ölkədən 575 və ümumilikdə 1083 iş adamının iştirakı ilə 25-ci IBF Konqresi keçirilib.

“Bu il Bakıdan kənar 4 fərqli şəhərdə iftar proqramı da keçirdik. İftar proqramlarını şəhid ailələri, qazilər və onların ailələri, səfirimiz, baş konsulumuz, müşavirlərimiz, deputatlarımız, Türkiyənin Azərbaycandakı qurumlarının təmsilçiləri, İcra Başçıları və nümayəndələri, İdarə Heyəti və bütün üzvlərimizin iştirakı ilə reallaşdırdıq. İsmayıllı, Saatlı, Bərdə və Ağdamda iftar süfrələrimizə 2100-ə yaxın qonaq qatıldı”, - deyə R.Cabirli əlavə edib.

Hesabat dövründə ümumilikdə 195 tədbirin keçirildiyini bildirən R.Cabirli, həmçinin MÜSİAD Azərbaycan İstehsalat və Ticarət Komitəsinin təşkil etdiyi ənənəvi görüşlərdən, xarici səfərlərdən, MOU sazişlərindən, Mərkəzdə keçirilən Assosiasiyalarla görüşlərdən, seminar və təlimlərdən danışıb.

Sonda qeyd edilib ki, hər 2 ildən bir təşkil edilən və dünyanın bir çox ölkəsindən iştirakçıların ziyarət etdiyi “Beynəlxalq MÜSİAD Expo” bu ilin noyabrın 2-5-də İstanbulda TÜYAP sərgi mərkəzində keçiriləcək. 2020-ci ildə olduğu kimi, KOBİA Azərbaycan stendi ilə iştirak edəcək və Azərbaycanda fəaliyyət göstərən sahibkarlara tanıtım etmək imkanı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.