ELM VƏ TƏHSİL


Müstəqil dövlətimizi qorumaq gənclərin müqəddəs borcudur

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May- Respublika Günü qeyd olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından danışan ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin iştirak etdiyini diqqətə çatdırıb.

C.Cəfərov AXC-nin fəaliyyət göstərdiyi tarixi-siyasi şərait barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, AXC ictimai-siyasi fikir və dövlətçilik tariximizdə böyük rol oynayıb. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində SSRİ-nin zəifləməsi müttəfiq respublikalarda milli-azadlıq mübarizəsinin güclənməsinə təkan verib. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib. Lakin müstəqilliyimizin ilk illəri çox çətin və mürəkkəb şəraitdə keçib. Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət göstərir. Müstəqil dövlətimizi qorumaq bizim hər birimizin, xüsusilə də, gənclərin müqəddəs borcudur.

Tədbirdə dosent Naibə Əhmədova, professor Vaqif Nəsirov, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov AXC-nin dövlətçilik tariximizin xüsusi şərəfli bir səhifəsi olduğunu, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul etdiyini, parlamentarizm ənənələrini formalaşdırdığını, idarəetmənin hüquqi əsaslarını yaratdığını, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.