REGİONLAR


Müstəqil, güclü Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir

Cəlilabad, 13 iyun, Bağır Əliyev, AZƏRTAC

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikamız düşdüyü bəlalardan xilas olub, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Məhz Ulu Öndərin səyləri nəticəsində qısa müddətdə ölkəmizdə vətəndaş qarşıdurması aradan qaldırılıb, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların həyata keçirilməsi təmin olunub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında vurğulayıb ki, dünyaşöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.

1993-cü il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixinin yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran natiq, bu qayıdışdan sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandığını deyib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixi Azərbaycan dövlətinin var olmasında önəmli yerə malikdir.

Qeyd olunub ki, bugünkü müstəqil, güclü Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.