SİYASƏT


Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı, 28 may, AZƏRTAC

28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, eləcə də sənədli və bədii filmlər nümayiş olunub.

Eyni zamanda, ümummilli lider Heydər Əliyevin, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları və tarixi muzeylər ziyarət edilib.

Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub, ön xətt bölmələrində səyyar-təşviqat qrupları fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.