REGİONLAR


Müstəqillik illərində muxtar respublikada 270 heyvandarlıq təsərrüfatı yaradılıb

Naxçıvan, 13 aprel, AZƏRTAC

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında da böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, aqrar sektorun inkişafı məqsədilə dövlət maliyyə dəstəyi ilə 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatı yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən 10 ildə ərzaq təhlükəsizliyinin təminatında mühüm sahə olan kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılıb, məhsul istehsalının həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında 2,3 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.