ELM VƏ TƏHSİL
Müstəqillik yolunun mahir bələdçisi...
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC–a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Nazim Məmmədov Ulu Öndərin dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün uğurla davam etdirilir.
İnstitut direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov deyib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ilə ölkədə dövlətçilik prinsipini yaratdı. Belə ki, həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində separatçı qüvvələr yaranmışdı və onlar ölkəni parçalamağa çalışırdılar. Belə bir vəziyyətə yalnız Ümummilli Lider son qoya bilərdi. Azərbaycan Respublikasının bugünkü inkişafı onun adı ilə bağlıdır.
Tədbirdə institutun həmkarlar ittifaqı komitəsinin sədri Sitarə Bağırova görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlərdən bəhs edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində blokadada olan Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən inkişaf etməyə başlayıb. Ulu Öndərin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Qafil Dəmirov Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.