REGİONLAR


Müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixi - 20 Yanvar

Sumqayıt, 17 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində “20 Yanvar – müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixidir” adlı dəyirmi masa və rəsm sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin sərgi salonunda Bakı küçələrində geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə, videoçarxa baxıb və yeniyetmələrin ifasında Vətəni, qəhrəmanlığı vəsf edən şeirləri dinləyiblər.

Sonra Mərkəzin konfrans zalında davam edən tədbirdə Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçdiyini, keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı il Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və terror aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülüb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədr müavini Elmar Xəlilov, Gənclər Evinin direktoru Pəri Vəliyeva həmin faciəli günlərdə mərd vətən övladlarımızın öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçdiklərini, şəhidlik zirvəsinə ucaldıqlarını qeyd ediblər.

Sonda iştirakçılara Baş İdarənin “20 Yanvar” adlı məlumat xarakterli bukletləri paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.