CƏMİYYƏT


Müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması vacibdir

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.

AZƏRTAC AQTA-ya istinadla xəbər verir ki, materiallarda ictimai iaşə müəssisələrində müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə yemək sifarişləri və ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması, nağdsız ödənişlərə üstünlük verilməsi, həmin müəssisələrin girişində dezinfeksiya baryerlərinin qurulmasının vacibliyi qeyd olunub.

Həmçinin bildirilib ki, ictimai iaşə və ərzaq satışı müəssisələrində dövri olaraq ayda 1 dəfə peşəkar dezinfeksiya xidmətlərindən istifadə edilməlidir.

Ərzaq satışı müəssisələrində tullantılar vaxtında kənarlaşdırılmalı, tullantı qabları təmiz saxlanılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.