Müştəri nağdsız əməliyyat apararaq “AtaBank”dan uduş qazanıb
AzerTAg.az
Bakı, 3 dekabr, AZƏRTAC
"AtaBank" ASC-nin "Al, poz, qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ikinci 500 manatlıq uduş qazanılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyada iştirak edən müştəri Oqtay Babayev apardığı nağdsız əməliyyat vasitəsilə 3 lotereya kuponu alıb və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirib.
Bundan əlavə, bankın Nərimanov, Səbail, Gəncə, Lənkəran, Şəmkir, Xaçmaz və “Monolit” filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponlarının sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.
Kampaniya dekabrın 31-dək davam edəcək.
Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var