MƏDƏNİYYƏT


“Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası onlayn göstəriləcək

Bakı, 25 iyun, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədəki hesabları vasitəsilə “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını iyunun 27-də saat 12:00-da onlayn nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Tamaşa M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsəri əsasında səhnələşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.